“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov Vişvanatan Anand ilə qarşılaşır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində doqquzun turun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, səkkizinci turda Hollandiya təmsilçisi Aniş Giriyə məğlub olan Şəhriyar Məmmədyarov bu turda sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand ilə qarşılaşır.

Turun digər oyunlarında amerikalı Fabiano Karuana çinli Dinq Liren, onun həmyerlisi Hikaru Nakamura fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Yan Nepomnyaşi amerikalı Uesli So, norveçli dünya çempionu Maqnus Karlsen ermənistanlı Levon Aronyan ilə üz-üzə gəliblər.

Səkkiz turun yekununa görə Şəhriyar Məmmədyarovun 2,5 xalı var. Xal ehtiyatını 6-ya çatdıran M.Karlsen liderliyi davam etdirir. U.So 5,5, F.Karuana, Y.Nepomnyaşi, L.Aronyan 4,5, D.Liren 4, V.Anand, M.Vaşe-Laqrav, S.Karyakin, A.Giri 3,5, H.Nakamura isə 2,5 xal toplayıblar

PAYLAŞMAQ:

AzerbaijaniChinese (Simplified)EnglishFrenchGeorgianGermanGreekHindiItalianPersianRussianSpanishTurkish
× Bizə Onlayn Yaz