Badamdarda 2 gün öncə həbs edilən Fərhad Nağıyev bu gün ev dustaqlığına buraxıldı. Tüpürəsən belə haqqa, ədalətə!

 

Fizuli Ismayilov adlı şəxsin şəkli.

Uzun müddətdir içi mən qarışıq ölkənin bir neçə zərərçəkmiş vətəndaşı respublikanın hüquq-mühafizə orqanlarına müraciət edərək bizim torpaqlarımızı, əmlaklarımızı saxta sənədlərlə sataraq mənimsəyən Badamdar qəsəbə sakini Fərhad Nağıyev və onun dəstəsi barəsində cinayət işinin başlanılmasını xahiş edirdik. Uzun müraciətlərdən sonra, nəhayət istəklərimizə qismən nail olduq. Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 313 və 320.1 maddələriylə Fərhad Nağıyev və dəstəsi barəsində cinayət işi başlanılaraq barəsində həbs qəti imkan tədbiri seçilsə də, Fərhad Nağıyev Azərbaycan Məhkəməsini pulu hesabına satın ala bildi.  Bu gün Prokurorluğun verdiyi  həbs qəti imkan tədbiri barədə sanksiya Səbail Məhkəməsi tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Yalnız zərərçəkmişlərdən birinin150.000 manatı qaytarılmasına baxmayaraq, məhkəmə və istintaq digər zərərçəkmişləri dinləməmiş, Fərhad Nağıyev barəsində ev dustaqlığını seçmişdir. Yəni Fərhad Nağıyev yenə də öz imkanlarından istifadə edib istintaqa və məhkəməyə rahat yolla həmişəki kimi təsir göstərə biləcək. Məhz bu cəhətdən Azərbaycan vətəndaşı ədalətsiz məhkəmə sisteminə inanmır. Prokurorluğa verilən ərizələrin süründürməçiliyə salınaraq incidilməsindən ölkə rəhbərinə şikayət edir. Əlbəttə, bu da məlumdur ki, cənab Prezidentin siyasi əqidəsinə zidd addımlar atan, hüquq-mühafizə orqanlarında çalışan bəzi hüquqşünaslar barədə çoxdan ciddi tədbir görməyin vaxtıdır. Mən və ailəm Fərhad Nağıyev, Şirvan Lalayev, Fərhad Cəlalov, Adıgözəl İbadov kimi fırıldaqçıların hesabına evsiz, eşiksiz qalır, borc-xərc içində yaşayır, Baş prokuror  Zakir Qaralova saysız-hesabsız müraciətlərimiz saya alınmır, cavabsız qalır, sonra da ədalətdən, haqqdan danışırıq. Tüpürəsən  belə haqqa, ədalətə!!!

Füzuli İsmayılov

PAYLAŞMAQ:

AzerbaijaniChinese (Simplified)EnglishFrenchGeorgianGermanGreekHindiItalianPersianRussianSpanishTurkish
× Bizə Onlayn Yaz