“Azəryol” I təsnifat mərhələsində mübarizə aparacaq

Həndbol üzrə EHF kubokunun 2019/20 mövsümündə çıxış edəcək klubların siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində ümumilikdə 107 komanda mübarizə aparacaq.

Kişilərin yarışında 50, qadınların turnirində 57 klub qüvvəsini sınayacaq. İştirakçılar arasında Azərbaycanın bir komandası yer alıb.

Bu, qadınlardan ibarət “Azəryol” klubudur. EHF kubokunda debüt edəcək Bakı təmsilçisi I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Sentyabrın 7-8-də və 14-15-də keçiriləcək bu raundda 32 klub çıxış edəcək. Yarışın qrup mərhələsinə yüksəlmək üçün komandamız üç təsnifat mərhələsi adlamalıdır.

Qeyd edək ki, EHF kubokunun püşkü iyulun 16-da atılacaq.

PAYLAŞMAQ:

AzerbaijaniChinese (Simplified)EnglishFrenchGeorgianGermanGreekHindiItalianPersianRussianSpanishTurkish
× Bizə Onlayn Yaz