Azərbaycan voleybolçuları Gümüş Avropa Liqasında ikinci qələbəni qazanıblar

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında 5-ci turun oyunlarını keçirib.

AZƏRTAC xəbər verir ki, voleybolçularımız doğma meydanda Gürcüstan yığması ilə mübarizə aparıblar. Qarşılaşma Azərbaycan komandasının aşkar üstünlüyü ilə keçib. Fərid Cəlalovun yetirmələri 3:0 hesablı qələbə qazanıblar. Komandamız ikinci qələbəsini əldə etməklə xalların sayını 6-ya çatdırıb. Gürcüstan isə xalsız qalıb.

Qeyd edək ki, Rumıniya 12, Danimarka isə 9 xala malikdir.

PAYLAŞMAQ:

× Bizə Onlayn Yaz