Buffon “Portu”da Kasilyası əvəz edəcək

“Yuventus” və “Pari Sen-Jermen” (“PSJ”) komandalarının keçmiş qapıçısı Canluici Buffon “Portu”ya keçə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Portuqaliya çempionunun xeyrinə seçim etmiş 41 yaşlı futbolçu yeni komandada ispaniyalı qolkiper İker Kasilyası əvəz etməyə hazırdır.

Keçən ay ürəktutma keçirmiş Kasilyas isə karyerasını başa vura bilər.

Buffon iyunun 5-də “PSJ” ilə müqavilənin müddətini uzatmaqdan imtina edərək bu komandadan ayrılıb. İtaliyalı qapıçı Paris komandasının heyətində müxtəlif turnirlərdə 25 matç keçirib və Fransa çempionu olub.

PAYLAŞMAQ:

× Bizə Onlayn Yaz