Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyunun 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq Xəbəri Oxu

Paytaxtın Nizami rayonunda ticarət obyektində güclü yanğın baş verib

Bakının Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşə “X-Lady”, “X-Man” və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində güclü yanğın baş verib. AZƏRTAC-ın hadisə yerindəki müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası, eləcə də təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub. Hazırda alovun söndürülməsi işləri davam etdirilir. Xəbəri Oxu

Sumqayıtda güclü yanğın olub

Sumqayıt şəhərində gecə saatlarında güclü yanğın olub. APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt dəmiryolu yükboşaltma ərazisində ümumi sahəsi 7000 kvadratmetr olan bir-birinə bitişik avtomobil ehtiyat hissələri və müxtəlif cür avtomobil sürtgü yağları olan anbarlarda yanğın başlayıb. Hadisə yerinə Sumqayıt Yanğından Mühafizə Xidmətinin 10-a yaxın avtomobili və canlı qüvvəsi cəlb edilib. Xəbəri Oxu

Kürdə batan yeniyetmə qardaşlardan ikisinin də meyiti tapılıb

Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, R. Sadıqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Salyanda Xəbəri Oxu

“Kontakt Home” mağazasından 15 min manat oğurlanıb

“Kontakt Home” mağazasından 15 min manat oğurlanıb. APA-nın məlumatına görə, mağazanın Gəncə şəhərində yerləşən filialının inzibatçısı hüquq-mühafizə orqanlarına şikayət edərək, kassadan 15 min manat oğurlandığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın satış təmsilçisi Eşqin İsmayılov saxlanılıb. Araşdırma aparılır.

II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri “Minsk 2019” II Avropa Oyunlarında Xəbəri Oxu

Bakıda 55 min manatlıq gəlin paltarları oğurlanıb

Bakıda gəlin paltarlarının satıldığı mağazadan oğurluq edilib. APA-nın xəbərinə görə, Nəsimi rayonunda iş adamı Azər Mustafayeva məxsus mağazadan 55 min manatlıq gəlin paltarı və aksessuarları oğurlanıb. Hadisəni törədən şəxslər – 36 yaşlı Araz Hüseynov, 26 yaşlı Əli Qarayev və qardaşı 28 yaşlı Fərhad Qarayev polislər tərəfindən saxlanılıb. Faktla bağlı Nəsimi Rayon Xəbəri Oxu

Beynəlxalq Valyuta Fondu Vergilər Nazirliyində

Vergilər nazirinin müavini İlkin Vəliyevin Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar müzakirə edilib, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər Xəbəri Oxu

Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə

Əlahəzrət, Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 iyun 2019-cu il.

× Bizə Onlayn Yaz