İranda zavodda partlayış olub, ölən və xəsarət alanlar var

İranda zavodda partlayış olub, ölən və xəsarət alanlar var

01.07.2019

10:45

İranın Kirmanşah əyalətinin Fəraman sənaye şəhərciyində neft məhsulları zavodunda partlayış və yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə,  yerli vaxtla saat 04:15-də zavodun neft kondensatını digər məhsula dəyişmə bölməsində yanğın başlayıb. Daha sonra güclü partlayış qeydə alınıb.

Hadisə zamanı bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Yanğını bu gün yerli vaxtla saat 08:25-də söndürmək mümkün olub.

Hələlik hadisənin baş vermə səbəbi bilinmir, lakin ehtimal  edir ki, yanğına qısa qapanma səbəb olub.

PAYLAŞMAQ: