Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 4 nəfərə çatıb

Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 4 nəfərə çatıb

İyul 1, 2019

saat 12.17

                                  Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib.

Zaqatala rayon sakininin idarə etdyi “Mercedes” markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.

***

30 iyun
Saat 17.07

                                Gürcüstanda baş verən ağır yol qəzasında ölən Azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı “Mersedes”in sürücüsü Zaqatala rayon sakini, 1975-ci il təvəlllüdlü Aydın Xəliloiv və sərnişini Zaqatala rayon sakini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Xəsarət alan ana və iki azyaşlı övladı əvvəl Saqarecoda yerləşən “Geo-hospital” xəstəxanasına yerləşdirilsələr də, vəziyyətlərinin ağırlığından səbəbi ilə Tbilisidə yerləşən Bokeria adına xəstəxanaya çatdırılıblar.  Azyaşlılardan birinin vəziyyəti daha ağır qiymətləndirilir.

Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah sabah Zaqatalaya gətirilməsi nəzərdə tutulub.

***

                                    Gürcüstanda baş verən yol qəzasında ölən azərbaycanlıların sayı dörd nəfərə çatıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün səhər saatlarında qonşu Gürcüstan Respublikasında iki nəfər Azərbaycan vətəndaşının (Zaqatala rayon sakinləri) ölümü ilə nəticələnən hadisə zamanı ağır xəsarət alan 4 yaşlı oğlan və 3 yaşlı qız Tbilisi şəhərindəki xəstəxanada ölüblər.

Xəstəxanada ölən iki azyaşlı qəza zamanı hadisə yerində ölən, Zaqatala rayon sakini Yusif Dibirovun Rusiya Federasiyasında yaşayan nəvələridir. Yusif Dibirov qəza baş verən gün Rusiya Federasiyasından Zaqatalaya gəzməyə gələn gəlini və nəvələrini qarşılamaq üçün Tbilisiyə gedib. O, gəlini və nəvələri ilə Zaqatalaya qayıdan zaman Tbilisidən 40-50 km aralıda qəza baş verib.

 

 

 

PAYLAŞMAQ: