Çəkilişləri Azərbaycanda da aparılmış Latviya filmi festivalda nümayiş olunacaq

Çəkilişləri Azərbaycanda da aparılmış Latviya filmi festivalda nümayiş olunacaq

İyul 1, 2019

Latviya istehsalı olan “Qaşıq” filmi Çexiyanın Karlovı Varı beynəlxalq kinofestivalında nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, film Litva, Norveç, Çin, Honkonq və Azərbaycanda çəkilib.

Filmdə plastik qaşığın istehsal mərhələləri və onun 10 dəqiqəlik istifadə müddəti barədə danışılır. Bu kontekstdə filmin ssenari müəllifi və rejissoru cəmiyyətə müxtəlif fikirləri çatdırmağı qarşıya məqsəd qoyublar.

Filmin Latviyada premyerası payızda baş tutacaq.

PAYLAŞMAQ: