Sabah Günəş tutulacaq

Sabah Günəş tutulacaq

01.07.2019

11:05

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

PAYLAŞMAQ: