“Diqlas” ticarət mərkəzi sökülür

“Diqlas” ticarət mərkəzi sökülür

01.07.2019

11:40

Bakıda yanan “Diqlas” ticarət mərkəzinin sökülməsinə başlanıb.

APA-nın məlumatına görə, artıq bir neçə gündür ki, ticarət mərkəzinin söküntüsü həyata keçirilir.

Ərazidə iş aparan şirkətdən APA-ya bildirilib ki, söküntü işləri sentyabr ayınadək yekunlaşacaq.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

PAYLAŞMAQ: