Ərdoğan: “Yaxın 10 gündə “S-400″lər Türkiyəyə gətiriləcək”

Ərdoğan: “Yaxın 10 gündə “S-400″lər Türkiyəyə gətiriləcək”

01.07.2019

12:18

“Yaxın on gündə Rusiya istehsalı olan “S-400″ Zenit-raket komplekslərinin Türkiyəyə gətirilməsinə başlanacaq”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyada keçirilən G-20 sammitinin yekunları ilə bağlı danışarkən bildirib.

Ərdoğan bu məsələ ilə bağlı Ankara və Vaşinqton arasında mövcud olan fikir ayrılığının həllini tapacağına da əminliyini ifadə edib.

“Hələlik sanksiyalar haqqında heç bir şey eşitməmişik. Bu mövzu nə sammitdəki danışıqlarda, nə də Trampla telefon söhbətində müzakirə olunub”, – deyə Türkiyə prezidenti bildirib.

PAYLAŞMAQ: