Azərbaycanda vergi ödəyicilərinin sayı 13% artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 13% artıb

İyul 1, 2019

Bu ilin iyun ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 452 242 təşkil edib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40% artaraq 21 394-ə çatıb.

Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artaraq 71 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2% artaraq 380 312-yə çatıb. Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9% artaraq 17 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2% artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2% artaraq 145 377-ə çatıb.

PAYLAŞMAQ: