23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi başlayıb

23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi başlayıb

İyul 1, 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 13-ə təyin edilib.

Qeyd edək ki, qətl bu il Yasamal rayonu “Nizami” metrostansiyasının yaxınlığında baş verib. Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.

Əsgərlikdən yeni gələn Emin Şəmiyevin öldürülməsi ilə bağlı polis və prokurorluq əməkdaşları əməliyyat keçiriblər. Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyev və Füzuli Nəcəfov saxlanılıblar.

Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Səlcuq Elçin

PAYLAŞMAQ: