Kabildə terror nəticəsində 50 uşaq yaralanıb

Kabildə terror nəticəsində 50 uşaq yaralanıb

İyul 1, 2019

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində azı 50 uşaq yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pajhwok agentliyi ölkənin təhsil nazirliyinə istinadla məlumat yayıb.

TOLOnews telekanalının xəbərinə görə, hücumda iştirak edən terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir. Onların hadisə yerindəki binalardan birində gizləndikləri bildirilir.

Səhiyyə nazirliyinin məlumatına əsasən, terror aktı nəticəsində bir nəfər həlak olub, 65 nəfər yaralanıb. Bir sıra KİV-lər isə xəbər verirlər ki, ölənlərin sayı 10 nəfərdən 34 nəfərədək ola bilər.

Minalanmış avtomobil paytaxtın diplomatik məhəlləsində partladılıb. Həmin ərazidə Əfqanıstan Milli Müdafiə Nazirliyinin obyektlərindən biri yerləşir.

Terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb

PAYLAŞMAQ: