Çilidən olan məşhur rejissor və prodüsser Sebastian Alarkon Moskvada dünyasını dəyişdi

Çilidən olan məşhur rejissor və prodüsser Sebastian Alarkon Moskvada dünyasını dəyişdi

İyul 1, 2019

Çilidən olan rejissor və prodüsser Sebastian Alarkon 70 yaşında  xərçəng xəstəliyindən Moskvada dünyasını dəyişib. Bunu mətbuata rejissorun keçmiş həyat yoldaşı Tatyana Yakovleva bildirib. Onun sözlərinə görə, Alarkon 29 iyun saat 23.00-da ölüb.  Tam olaraq iki həftə içində:- “yandı”,-deyən  T. Yakovleva S. Alarkonun xərçəng olduğunu qeyd edib.

Bu xəbər Çilinin Milli Kino Kitabxanasında faciəli xəbərlərlərdən biri kimi şərh edilib: -“1969-cu ildən Rusiyada yaşayan kinomotoqraf Sebastian Alarkonun ölümünü elan etməkdən təəssüf doğururuq”.

Alarcon Cənubi Amerikada anadan olub, uzun illərdir SSRİ-də yaşamış və işləmişdir. “Yaguar”, “KGB agentlərinin eşq sevgisi”, “Rusiya nazirinin ispan aktrisası” kimi filmlərin rejissoru və bir sıra başqa sənədli televiziya filmlərinin müəllifi kimi  tanınırdı.

Vida mərasimi 4 iyul saat 11.00-da RF-nin paytaxtı Moskva şəhərinin “Moskva” kinoteatrında keçiriləcək.

Hakimiyyet.com

PAYLAŞMAQ: