Rusiyanın yeni kosmik raketi buraxılışa hazırdır

Rusiyanın yeni kosmik raketi buraxılışa hazırdır

02.07.2019

12:21

Rusiyanın yeni kosmik raketi “Soyuz-2.16” iyulun 1-də “Vostoçnı” kosmodromunda quraşdırılıb. Raketdaşıyıcının kosmosa buraxılması isə iyulun 5-nə nəzərdə tutulub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin verib. Ö, özünün Twitter səhifəsində yazıb: “Vostoçnı” kosmodromunda “Soyuz-2,16” kosmik əhəmiyyətli raketin texniki kompleksinin gətirilməsi və quraşdırılması işləri başa çatıb. İlk start gününə hazırlıqla bağlı işlər başlanıb”.

“Soyuz-2.16” raketdaşıyıcısı kosmosa “Meteor-M” ikinci kosmik aparatını daşıyacaq. Həmçinin bu, Rusiyanın yeni kosmodromundan beşinci raketin buraxılması olacaq. 2016-cı ildə buradan orbitə üç peyk uğurla göndərilib. “Meteor-M” Yerin məsafədən müşahidəsi və tədqiqi üzrə Rusiyanın kosmosdakı peyk qrupunun cərgəsinə qoşulacaq.

PAYLAŞMAQ: