Samir Nuriyev: 42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib

Samir Nuriyev: 42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib

İyul 2, 2019

Azərbaycan hökumətinin hazırladığı tədbirlər planına əsasən, 2005-ci ildən indiyədək respublikada 42 şəhərin Baş Planı yenilənib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 2-də “Caspian European Club” çərçivəsində keçirilən biznes-forumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

O bildirib ki, 42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib. Növbəti 2 ildə daha 9 şəhərin Baş Planının hazırlanmasına başlanılacaq.

PAYLAŞMAQ: