ABŞ İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırıb

ABŞ İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırıb

02.07.2019

13:04

ABŞ İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırıb.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Mayk Pompeo bəyanat verib.

O bildirib ki, İran öz nüvə ambisiyalarının inkişafı istiqamətində yeni addımlar atır və nüvə proqramı ilə beynəlxalq cəmiyyəti və regional təhlükəsizliyi hədələyir: “Heç bir saziş İrana uran ehtiyatlarının zənginləşdirməsinə icazə verməməlidir. Tramp administrasiyası beynəlxalq ictimaiyyəti İranın nüvə proqramının genişləndirilməsinin uzunmüddətli əngəllənməsi standartını bərpa etməyə çağırır”.

M. Pompeo qeyd edib ki, İran daxili zənginləşdirmə olmadan dinc nüvə enerji siyasətini izləmək potensialına malikdir.

Dövlət katibi onu da bildirib ki, ABŞ beynəlxalq təhlükəsizliyə və sülhə qarşı olan təhdidləri aradan qaldırmaq üçün İranla yeni və hərtərəfli sazişin müzakirəsi ideyasına sadiqdir: “İran diplomatiyanı rədd edərək, öz nüvə proqramını genişləndirdiyi müddətdə iqtisadi təzyiq və diplomatik təcrid daha da güclənəcək”.

Zümrüd Paşkin

PAYLAŞMAQ: