Əli Əhmədov: “Azərbaycanda əməkhaqları və pensiyaların artması sosial inkişafın göstəcilərindən biridir”

Əli Əhmədov: “Azərbaycanda əməkhaqları və pensiyaların artması sosial inkişafın göstəcilərindən biridir”

02.07.2019

17:07

“Azərbaycanda insanların rifahının yaxşılaşdırılması istiqamətində bu ilin birinci yarısında iki böyük sərəncamla əməkhaqlarının, pensiyaların minimum səviyyəsinin əhəmiyyətli dərəcədə artması sosial inkişafın göstəcilərindən biridir”.

APA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən iqtisadi, sosial inkişafla bağlı strategiyalar dayanıqlı inkişaf məqsədlərindən irəliyə gələn vəzifələrə uyğunlaşdırılıb: “Beləliklə, biz növbəti illərdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlərini bütövlükdə dayanıqlı inkişaf məqsədlərindən irəliyə gələn vəzifələrin həlli kimi təsəvvür edirik. Bu istiqamətdə də işləri həyata keçiririk”.

PAYLAŞMAQ: