Türkiyənin “Petkim” limanında yanan gəmi SOCAR-a məxsus deyil

Türkiyənin “Petkim” limanında yanan gəmi SOCAR-a məxsus deyil

02.07.2019

17:28

Dünən axşam saat 23:20 radələrində Petkim limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq  üçün yaxınlaşan zaman İtaliya bayrağı altında üzən “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Bu barədə “APA-Economics”ə “SOCAR Turkey Enerji A.Ş.”dən bildirilib.

“Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülmüş, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir”, – deyə “SOCAR Turkey Enerji A.Ş.”dən qeyd olunub.

Məlumata əsasən, bütün gəmi əməkdaşları təxliyə edilib, bir nəfər yaralı gəmi əməkdaşı vəfat edib, qazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, ötən gün Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan “Petkim” limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub.

Emil İsmayılov

PAYLAŞMAQ: