Prokuror dələduzluqda ittiham olunan keçmiş icra məmuruna cəza istəyib

Prokuror dələduzluqda ittiham olunan keçmiş icra məmuruna cəza istəyib

İyul 2, 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı Asif Məmmədovun törətdiyi əmələ görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş Naibə Piriyeva prokurorun çıxışına münasibət bildirərkən cəzanın az olduğunu deyib.

Proses gələn həftə davam etdiriləcək.

Qeyd edək ki, A.Məmmədov vətəndaşlar – Ələkbər Zeynalov və Naibə Piriyevanı aldadaraq, onları işə düzəldəcəyini deyərək pullarını alıb.

A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.

Səlcuq Elçin

PAYLAŞMAQ: