İnsan Alveri Qurbanlarına Yardım

İnsan Alveri Qurbanlarına Yardım

İyul 4, 2019

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və nümayəndəliyin proqram meneceri Mariya Nikolovska Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova ilə görüşüb.

Nümayəndəliyindən  verilən məlumata görə, V.Qyorqiyev Mərkəzin mövcud və potensial insan alveri qurbanları arasında dayanıqlığın və məlumatlılığın artırılması istiqamətində BMqT ilə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirib. V.Qyoqiyev ehtiyacı olan şəxslərin faydalanmaları üçün gələcək əməkdaşlığın vacibliyini vurğulayıb.

H.Qəribova Mərkəzin imkanları və fəaliyyəti barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Mərkəz artıq 14 ildir fəaliyyət göstərir və insan alveri, həmçinin məişət zorakılığına məruz qalan qurbanlara dəstək göstərir. “Mərkəzdə qurbanlara tibbi, psixoloji, hüquqi, təhsil, təlim və məşğulluqla bağlı geniş xidmətlər təklif olunur”, – deyə H.Qəribova bildirib.

H.Qəribova Zabrat qəsəbəsində tikilən yeni inzibati binanın Mərkəzin fəaliyyətini genişləndirməyə imkan verəcəyini qeyd edib. Mərkəzin yeni binada artıq 2020-ci ildən etibarən fəaliyyət göstərəcəyini deyib.

M.Nikolovska bildirib ki, Mərkəzin Azərbaycanın regionlarında məlumatlılığın artırılması istiqamətində gördüyü işlər insan alverinə qarşı mübarizə və qurbanlara yardım sahələrindəki ümumi məqsədlərə çatmaq üçün vacib əhəmiyyət kəsb edir.

 

PAYLAŞMAQ: