Bu günədək kümçülər 633,5 ton yaş barama təhvil veriblər

Bu günədək kümçülər 633,5 ton yaş barama təhvil veriblər

İyul 4, 2019

Respublika üzrə yaş barama tədarükü davam edir. İyulun 3-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 633,5 ton yaş barama təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən gün kümçülər 0,04 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Həmin gün kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Şəki, Balakən, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Tərtər və Ağdam rayonları öndədir.

Bu günədək Zərdabda 65,32 ton, Ağcabədidə 54,46 ton, Zaqatalada 52,95 ton, Füzulidə 49,55 ton, Şəkidə 47,9 ton, Balakəndə 44,14 ton, Bərdədə 36,59 ton, Qaxda 27,29 ton, Kürdəmirdə 22,62 ton, Ağdaşda 17,63 ton, Tərtərdə 17,34 ton, Ağdamda 16,38 ton, Göyçayda 16,57 ton, Sabirabadda 14,2 ton, Ucarda 12,25 ton ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çindən ölkəmizə 3,5 milyon tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

PAYLAŞMAQ: