Bakıda kəlbətinlə qətl törədən şəxs şikayətindən imtina edib

İyul 4, 2019

Bakı Apelyasiya Məhkəməsində 85 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Sakit Mirzəyevin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs apelyasiya şikayətindən imtina edib. Bu səbəbdən  apelyasiya baxışına xitam verilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb. O, günahını etiraf edib.

İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

PAYLAŞMAQ: