Azərbaycanın supermarketlər şəbəkəsinə 10 milyon avro kredit ayrılıb

Azərbaycanın supermarketlər şəbəkəsinə 10 milyon avro kredit ayrılıb

04.07.2019

12:34

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Almaniyanın İnvestisiya və İnkişaf Korporasiyası (DEG) “Araz” supermarketlər şəbəkəsinə 10 mln. avro məbləğində kredit ayıracaqlar.

EBRD-dən “APA-Economics”ə verilən məlumata görə, hər bir maliyyə təşkilatı “Araz” supermarketlər şəbəkəsinə 5 mln. avro kredit verəcək.

Nəticədə, “Araz”ın paylama mərkəzi 12,6 min kvadrat metrdən 42,6 min kvadrat metrədək genişləndiriləcək. Yeni genişlənmiş obyektlər həmçinin təzə və dondurulmuş malların saxlanılmasına imkan verəcək və təchizat zəncirinin idarə edilməsini öz nəzarəti altına alaraq şirkətə tədarük zəncirinin idarə edilməsi və sərmayənin idarə edilməsinin təkmilləşdirilməsinə, habelə biznesin ümumi məhsuldarlığının və rentabelliyinin artırılmasına yardım kömək edəcək.

Qeyd edək ki, hazırda “Araz” supermarketlər şəbəkəsi 122 mağazanı (“Spar” daxil olmaqla) əhatə edir.

Xatırladaq ki, EBRD Azərbaycanın aparıcı institusional investoru olmaqla, bu günə qədər müxtəlif sahələri əhatə edən 170 layihəyə 3,3 mlrd. avroya yaxın investisiya yatırıb. Bankın ölkədə yeni strategiyası qeyri-neft sektorunda Azərbaycana iqtisadiyyatın diversifikasiyasına və özəl sektorun inkişafına yardım etmək səylərinə yönəlib.

DEG isə Azərbaycanda 2000-ci ildən etibarən fəaliyyət göstərir və o, uzunmüddətli maliyyə və müxtəlif texniki yardımları ilə ölkənin bir sıra özəl bankına dəstək göstərib.

PAYLAŞMAQ: