Şəmkir sakini qardaşını güllələyib

Şəmkir sakini qardaşını güllələyib

İyul 4, 2019

Daxili İşlər Nazirliyinin (DİN) “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

DİN mətbuat xidmətindən verilən məlumata əsasən  müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib. E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

PAYLAŞMAQ: