Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər Baş Polis İdarəsində qəbul keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər Baş Polis İdarəsində qəbul keçirəcək

İyul 4, 2019
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2019-cu il iyul ayının 27-də Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini Gəncə şəhər Baş Polis İdarəsində qəbul edəcəkdir.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

PAYLAŞMAQ: