Səfir qadın voleybolçularımızla görüşdü

Səfir qadın voleybolçularımızla görüşdü

İyul 5, 2019

Braziliyanın Azərbaycandakı səfiri Manuel Da Kruz Bakıdakı Voleybol Mərkəzində qadınlardan ibarət milli komandanın üzvləri, məşqçi heyəti, həmçinin Azərbaycan Voleybol Federasiyasının rəsmiləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin Braziliyada keçiriləcək və Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq təsnifat turnirində uğurla çıxış edəcəyinə əminliyini vurğulayaraq bildirib: “İdman insanları birləşdirir. Düzdür, futbol daha məşhurdur. Amma düşünürəm ki, voleybol da komanda idman növü kimi daha populyar və dinamikdir. Sizi qarşıda çətin yarış gözləyir. Azərbaycan millisinin növbəti mərhələyə vəsiqə əldə edəcəyinə inanıram. Sizə uğurlar arzulayıram”.

Görüşdə Azərbaycan yığmasının kapitanı Odina Əliyeva voleybolçuların imzası olan topu və formanı səfirə hədiyyə edib.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov tərəfindən isə qurumun atributları səfirə təqdim olunub.

PAYLAŞMAQ: