Azərbaycan döyüşçüsü Vüqar Əzimov növbəti dəfə dünya çempionu olub

Azərbaycan döyüşçüsü Vüqar Əzimov növbəti dəfə dünya çempionu olub

05.07.2019

14:35

Antalyada döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan yığma komandasının heyətində bu çempionatda da uğurla çıxış edib.

On dörd ölkədən idmançıların qatıldığı mundialda 90 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı V.Əzimov qızıl medal qazanıb. Təmsilçimiz Qazaxıstan, Rusiya və Özbəkistandan olan rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

PAYLAŞMAQ: