“Mstislav Rostropoviç – UNESKO-nun xoşməramlı səfiri və xeyriyyəçi insan” adlı tədbir keçirilib

“Mstislav Rostropoviç – UNESKO-nun xoşməramlı səfiri və xeyriyyəçi insan” adlı tədbir keçirilib

İyul 5, 2019

İyulun 5-də L. və M.Rostropoviçlərin ev-muzeyində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Mstislav Rostropoviç – UNESKO-nun xoşməramlı səfiri və xeyriyyəçi insan” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açaraq maestronun xeyriyyəçi fəaliyyətindən, müharibə dövründəki keşməkeşli həyatından, ailəsindən, son dövrlərdəki yaradıcılığından söhbət açıb.

Qonaqlar kinorejissor A.Əliyevin Maestroya həsr etdiyi “Bizdə hər şey var” filminə baxıblar.

Bununla yanaşı, M.Rostropoviçin həyat və yaradıcılığında xeyriyyəçilik fəaliyyəti, onun xoşməramlı səfir kimi gördüyü işlərə aid fotomateriallardan ibarət sərgi və slayd-şou nümayiş olunub.

Muzeyin direktoru Şeyla Heydərovanın səyi nəticəsində iki dildə hazırlanmış, Mstislav Rostropoviçin xoşməramlı səfir və xeyriyyəçi insan kimi fəaliyyətindən bəhs edən buklet bu yaxınlarda işıq üzü görəcək.

PAYLAŞMAQ: