Yaponiya ixrac məhdudiyyətləri ilə bağlı Cənubi Koreyanın reaksiyasını izləyir

Yaponiya ixrac məhdudiyyətləri ilə bağlı Cənubi Koreyanın reaksiyasını izləyir

İyul 8, 2019

Yaponiyanın Cənubi Koreyaya yüksək texnologiyalı materialların ixracı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdən bir həftə ötür.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hazırda rəsmi Tokio bununla bağlı Seulun reaksiyasını izləyərək, məhdudiyyətlərin genişləndirilməsinin mümkünlüyünü araşdırır.

Xatırladaq ki, iyulun 1-də Yaponiya hökuməti yarımkeçiricilərin istehsalında istifadə edilən üç materialın Cənubi Koreyaya ixracına məhdudiyyətlər qoyub. Məhdudiyyət tədbirləri 3 gün sonra qüvvəyə minib.

Cənubi Koreyanın bununla bağlı etirazlarına isə Yaponiyanın rəsmi nümayəndələri bu addımın milli təhlükəsizliklə bağlı olduğunu bildiriblər. Onların sözlərinə görə, həmin materiallar hərbi məqsədlər üçün tətbiq edilə bilər.

PAYLAŞMAQ: