Rusiya və Ukrayna telekanalları arasında telekörpü keçiriləcək

Rusiya və Ukrayna telekanalları arasında telekörpü keçiriləcək

08.07.2019

14:51

Rusiya və Ukrayna telekanalları arasında telekörpü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Rossiya-1” və “NewsOne” telekanalları 2 saatlıq telekörpü təşkil edəcəklər. İyulun 12-i Moskva vaxtı ilə saat 18:00-a nəzərdə tutulmuş verilişin anonsunu “Vesti nedeli” proqramında Dmitri Kiselyov verib.

“Danışmaq lazımdır” (“Надо поговорить”) adlanan verilişdə hər iki ölkənin vətəndaşları iştirak edəcəklər.

PAYLAŞMAQ: