Tacikistanda bir həbsxanadan digərinə köçürülən 128 məhbusdan 14-ü ölüb

Tacikistanda bir həbsxanadan digərinə köçürülən 128 məhbusdan 14-ü ölüb

İyul 9, 2019

Tacikistanda 128 məhbus Xocənd və İstaravşan həbsxanalarından Düşənbə, Nurek və Yavana cəza evlərinə köçürülərkən yolda onların 14-ü ölüb, ikisi isə ağır vəziyyətdədir.

AZƏRTAC Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, məhbuslar çörəkdən zəhərlənib. Məhbusların zəhərlənərək ölməsi faktı ilə bağlı Tacikistan Baş Prokurorluğu nəzdində xüsusi istintaq qrupu yaradılıb, hadisənin səbəbləri araşdırılır.

PAYLAŞMAQ: