SOCAR-ın Rusiyada səhmdar olduğu NEZ bu ay işini bərpa edəcək

SOCAR-ın Rusiyada səhmdar olduğu NEZ bu ay işini bərpa edəcək

İyul 10, 2019

SOCAR-ın səhmdar olduğu Rusiyanın Antipinsk Neft Emalı Zavodu (NEZ) iyul ayının 20-dən etibarən yenidən işə başlayacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu tarixədən NEZ işini “Lukoil” və “Surqutnefteqaz” şirkətlərinin xammalları bazasında (tollinq sxemi bazasında) davam etdirəcək. Daha sonra zavodun “Transneft” boru xətti sisteminə yenidən qoşulmağı planlaşdırır.

Məlumata əsasən, SOCAR neftin alışı və neft məsullarının satışı ilə məşğul olmağa planlaşdırır. Şirkət “Surqutnefteqaz”dən iyul ayı üzrə aldığı neftə görə ödənişi artıq həyata keçirib və NEZ iyulun 20-dən işini bərpa edəcək.

Xatırladaq ki, Antipinsk Neft Emalı Zavodu emal üçün nefti ala bilməməsi ucbatından işini dayandırıb. May ayında NEZ iflasını elan edilməsi üzrə iddia qaldırmışdı. Bu ilin iyununda SOCAR-ın (60%) və “Sberbank”ın (40%) birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” şirkəti Kiprin “Vikay Industrial” strukturunu alaraq Antipinsk NEZ-in 80% səhmlərinə sahib olub.

PAYLAŞMAQ: