“Cek” adlı it 2200 “Marlboro”nu  aşkarladı

“Cek” adlı it 2200 “Marlboro”nu aşkarladı

12.07.2019

11:15

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 200” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı “Cek” ləqəbli kinoloji xidməti itinin reaksiyası nəticəsində avtomobilin arxa oturacağının arxa tərəfindən “Marlboro” markalı 2200 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞMAQ: