Sabirabadda ağır yol qəzası baş verib

Sabirabadda ağır yol qəzası baş verib

13.07.2019

21:26

İyulun 13-də Sabirabadda ağır yol qəzası baş verib, bir ailənin 2 üzvü ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qalaqayın kəndi ərazisində qeydə alınıb.

Nərimankənd kənd sakini Vüqar Usubovun idarə etdiyi “BMV” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü və onun bacısı Nuridə Usubova hadisə yerində ölüb. Onların qardaşı Əmrağa Usubov və digər sərnişin Nicat Məmmədov ağır bədən xəsarəti alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

PAYLAŞMAQ: