Azərbaycan aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

Azərbaycan aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

13.07.2019

21:57

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşının elmi məqaləsi Polşanın Belostok Universitetinin “Eastern European Journal of Transnational Relations” jurnalında dərc edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Nərgiz Hacıyevanın məqaləsi “Avropada beynəlxalq miqrasiyanın çağdaş dinamikaları: problemlər və perspektivlər” mövzusunda olub.

Qeyd edək ki, məqalənin dərc olunduğu jurnal CEEOL, “POL index”, “Google Scholar” və “Open access data” bazasına daxildir.

Elmi məqalə http://eejtr.uwb.edu.pl/wp-content/uploads/EEJTR-2018-Vol.-2-No.-2-Hajiyeva.pdflinkində yerləşdirilib.

PAYLAŞMAQ: