2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də bitəcək

2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də bitəcək

13.07.2019

23:13

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də bitəcək.

Əmrə uyğun olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil – 15 sentyabr – 26 yanvar; ikinci yarımil – 1 fevral – 14 iyun.

Növbəti tədris ilinin tətil günləri də açıqlanıb. Nazirin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmrinə əsasən, aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr); 25.2. 5 gün qış tətili (27-31 yanvar). 25.3. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

PAYLAŞMAQ: