Lüis Hamilton Formula-1 Böyük Britaniya Qran-Prisinin qalibi olub

Lüis Hamilton Formula-1 Böyük Britaniya Qran-Prisinin qalibi olub

İyul 15, 2019

“Formula 1” üzrə Böyük Britaniya Qran-Prisi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, “Silverstoun” avtodromunda keçirilən yarışı “Mercedes”in pilotu Lüis Hemilton qazanıb.

Karyerasının 80-ci çempionluğuna qovuşan britaniyalı pilot, həmçinin doğma məkanda 6-cı qalibiyyətini əldə edib. İkinci pilləni Hemiltonun komanda yoldaşı Valtteri Bottas, üçüncü pilləni isə “Ferrari”dən Şarl Lekler tutub.

PAYLAŞMAQ: