Respublika Şahmat Olimpiadası: A və B qruplarında ümumilikdə 18 şahmatçı maksimum xal toplayıb

Respublika Şahmat Olimpiadası: A və B qruplarında ümumilikdə 18 şahmatçı maksimum xal toplayıb

İyul 15, 2019

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasında dördüncü tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, A qrupunda dörd turdan maksimum xal yığan 11 şahmatçı liderlər qrupunda yer alıb. Əlavə göstəricilərə görə, Mirseyidəli Talıbzadə ilk pillədə qərarlaşıb. B qrupunda isə 7 şahmatçı bütün turları qələbə ilə başa vurub. Bu qrupda isə əlavə göstəricilər üzrə Xanım İsmayılova liderdir.

Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur. Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır.

Respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçının mübarizə apardığı şahmat olimpiadası iyulun 21-dək davam edəcək.

PAYLAŞMAQ: