Vergilər naziri Mikayıl Cabbarov Qəbələdə vətəndaşlarla görüşəcək

Vergilər naziri Mikayıl Cabbarov Qəbələdə vətəndaşlarla görüşəcək

İyul 15, 2019

Vergilər naziri Mikayıl Cabbarov iyulun 19-da Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küç. 27) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən  bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 15-18-də Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə İsmayıllı, Balakən və Qax rayonları vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin “office@taxes.gov.az” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

PAYLAŞMAQ: