Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

İyul 15, 2019

İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirədə DQİDK-nın rəhbərliyi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Sabirabad, Şirvan, Hacıqabul, Saatlı rayonlarının icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Sonra seminar-müşavirədə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibətilə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov nümayiş edilən filmlə bağlı fikirlərini bölüşərək ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə xalqımız naminə atdığı uğurlu və cəsarətli addımlardan danışıb.

PAYLAŞMAQ: