Sumqayıt bulvarında dənizə düşən gənc qız xilas edilib

Sumqayıt bulvarında dənizə düşən gənc qız xilas edilib

15.07.2019

18:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Sumqayıtdakı Dənizkənarı Bulvarın qeyri-çimərlik ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dərhal hadisə yerinə cəlb olunan müvafiq qüvvələri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Onun 2002-ci il təvəllüdlü Günəş Umudova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞMAQ: