Bakıda beşmərtəbəli binada yanğın – 2 nəfər xəsarət alıb

Bakıda beşmərtəbəli binada yanğın – 2 nəfər xəsarət alıb

İyul 15, 2019

Bakının Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞMAQ: