Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

İyul 15, 2019

Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar dövlət büdcəsindən Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, eləcə də nazirlik sistemi üzrə daxilolmaların hesablanması və ödənilməsinə dair aparılan audit barədə, Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə maliyyə və uyğunluq auditinə dair məsələləri əhatə edib.

Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiqlənib.

PAYLAŞMAQ: