Ağ Ev ölkənin müdafiə naziri vəzifəsinə Mark Esperin namizədliyini irəli sürüb

Ağ Ev ölkənin müdafiə naziri vəzifəsinə Mark Esperin namizədliyini irəli sürüb

İyul 16, 2019

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə naziri vəzifələrini icra edən Mark Esperin namizədliyinin bu postda daimiləşməsi üçün təklif irəli sürüb.

“TASS” – xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

“Senata vəzifə təyinatı barədə təklif gönədrilib: Virciniya ştatından olan Mark Esper müdafiə naziri vəzifəsinə”, – sənəddə belə deyilir.

Esperin təyinatını Tramp bu vəzifəyə əsas namizəd kimi Patrik Şanahanın geri çəkilməsindən sonra bəyan edib. Şanahan ABŞ müdafiə naziri vəzifəsini Ceyms Mettisin istefasından sonra – yanvardan iyun ayının sonuna kimi icra edib.

APA

PAYLAŞMAQ: