Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 16%-ə yaxın artıb

Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 16%-ə yaxın artıb

İyul 17, 2019
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən informasiya və rabitə müəssisələri 999,8 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018- ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,2%-i və ya 421,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% artıb.

PAYLAŞMAQ: