Muğanlı-İsmayıllı avtomobil yolunda qəza baş verib, 5 nəfər xəstəxanaya aparılıb

Muğanlı-İsmayıllı avtomobil yolunda qəza baş verib, 5 nəfər xəstəxanaya aparılıb

17.07.2019

10:30

İyulun 16-da axşam saat 20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 21-ci kilometrliyində, Zərgəran kəndi ərazisində yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər sakini 1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Polad oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Fətəliyev Ziya Hidayət oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Hyundai” yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfəri ilkin tibbi müayinə və yardımdan sonra axşam evə buraxılıb. 2 nəfər isə bu gün səhər xəstəxanadan çıxıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

PAYLAŞMAQ: