Azərbaycan qılıncoynadanları dünya çempionatında mübarizəni dayandırıblar

Azərbaycan qılıncoynadanları dünya çempionatında mübarizəni dayandırıblar

İyul 17, 2019

Macarıstanın paytaxtı Budapeştdə qılıncoynatma üzrə dünya çempionatı keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan yığmasının üzvlərindən Kənan Əliyev və Ruslan Həsənov kişi şpaqaçıların şəxsi yarışında iştiraklarını başa vurublar. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib bitirən K. Əliyev pley-offda Rusiya təmsilçisi Nikita Qlazkova 4:15 hesabı ilə uduzub.

Qrupda keçirdiyi 6 görüşdən 3-də qələbə qazanan R. Həsənov isə pley-offda çexiyalı Jiri Berana 7:15 hesabı ilə məğlub olub.

Bu gün Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova qadın sablyaçıların şəxsi yarışında mübarizəyə qoşulacaq.

PAYLAŞMAQ: